Rəsmi Bakıdan KTMT haqda iddialara cavab: "Azərbaycan hansısa status almaq üçün müraciət etməyib"

17-09-2019 [12:20]

"Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hansısa status almaq üçün müraciət etməyib və bu əsnada heç bir müzakirə aparılmır. Hazırda Azərbaycanın gündəliyində belə məsələ yoxdur".

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Görünür, Ermənistan tərəfinin müxtəlif səviyyələrdə fobiyası var və bu səbəbdən də Azərbaycan müraciət etməmişdən öncə fobiya və komplekslərindən irəli gələrək, bu məsələni diplomatik çərçivədən kənar qaldırmağa çalışır", - o bildirib/Report.



SON XƏBƏRLƏR