Müsavatda başqanlıq uğrunda mübarizə başlayır - Tofiq Yaqiblu da iddiasını açıqladı

16-09-2019 [19:54]

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürəcək.

Mia.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib.

O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: "Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!".

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 12-də qurultay keçirəcəyini açıqlayıb.

Onu da qeyd edək ki, Yadigar Sadıqovun da Müsavatın hazırkı başqanı Arif Hacılıya rəqib olacağı gözlənilir.

Bu isə o deməkdir ki, qarşıdakı qurultay Müsavat üçün xeyli gərgin keçəcək.

Mia.az




SON XƏBƏRLƏR