Bu rayonlarda qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq

16-09-2019 [10:21]
Bu gün saat 10:00-dan Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, buna səbəb SOCAR-ın Qaz İxrac" İdarəsinin balansında olan "Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işlərinin icra olunmasıdır. 


SON XƏBƏRLƏR