Azərbaycanlı Hacı Elbrusu Antalyada belə bıçaqladılar - Hadisə anının VİDEOSU

img

14-09-2019 [16:15]


Antalyada azərbaycanlı Hacı Elbrus Hacılının bıçaqlanma anının görüntüləri yayılıb. 

Hadisə Konyaaltı rayonunun Liman məhəlləsində qeydə alınıb. 

Hacılı çərkəz əsilli şəxslə küçədə mübahisə edib. Bu zaman həmin şəxs cibindəki bıçağı çıxararaq, azərbaycanlını ayağından bıçaqlayıb. 
 
Hacılı dərhal xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib. 

Cinayəti törədən şəxsin isə yaxalanması üçün axtarışlar davam edir. 


Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR