Bakı sakini Şirvanda heroinlə saxlanılıb

13-09-2019 [12:32]
Şirvan şəhərində Bakı sakinindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Naim Süleymanov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 33 qram olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR