Sabunçu rayonunda keçmiş məhkumdan silah-sursat götürülüb

img

13-09-2019 [10:39]


Bakı şəhəri, Sabunçu rayonunda keçmiş məhkumdan silah-sursat götürülüb.

Mia.az DİN-ə istinadla bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 13-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 181, 221 və 263-cü maddələri ilə məhkum olunmuş, 1961-ci il təvəllüdlü M.Əsgərov saxlanılıb.

Polis əməkdaşları onun üzərindən naqan tipli, nömrəsi silinmiş tapança, 2 ədəd patron aşkar edərək götürüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR