"Globus Plaza"dan düşən iri şüşə parçası iki piyadanı xəstəxanalıq etdi - Bakıda

12-09-2019 [11:14]
Bakının Yasamal rayonunda binalardan birindən iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

Mia.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yerləşən "Globus Plaza"da qeydə alınıb.

Binanın pəncərəsindəki iri şüşə parçası qırılaraq səkiyə düşüb. Bu zaman yoldan keçən 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlu və 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu xəsarət alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.


SON XƏBƏRLƏR