"Bu villanı hansı pulla tikib, niyə mənim evimin..." - YAP Siyasi Şura üzvündən Prezidentə şikayət

img

11-09-2019 [18:53]


YAP Siyasi Şurasının üzvü, SOCAR-ın sabiq idarə rəisi Rizvan Vahabov tanınmış şair, professor Vüqar Əhmədi problemlə üzləşdirib.

Mia.az xəbər verir ki, bu barədə Vüqar Əhməd sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

O, YAP-çının başına belə oyun açdığını yazıb: 

"Biz bağda olanda, SOCAR-ın məşhur işçisi - keçmiş komitə sədri Rizvan Vahabov evinə xüsusi su xətti çəkdirirmiş. Bizim kanalizasiya xətti buna mane olub. Xəttimizi ləğv elətdirib, bloklatdırıb.

Bir həftədir, sağ olsun su, idarəsi qazır, fəhlələr tər tökür, bərpa edə bilmirlər.

Milyoner Rizvana qonşular deyiblər ki, "burada Vüqar Əhməd qalır, deyib qələt edir, xətti ləğv edin". 

Hara gedək bu məmurların əlindən?

Cənab prezidentə müraciət edirəm: Rizvan Vahabov çoxmilyonluq villasını Bakı neftini oğurayıb, satıb tikdirib. Belələrinin əmlakı müsadirə olunmalıdır".

Məsələ ilə bağl qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mia.az


Rizvan-Vahabov-15122017.jpg

Rizvan VAHABOV


Digər xəbərlər
SON XƏBƏRLƏR