"Qonşusunu 3 gün ərzində dəfələrlə zorlayıb" - 22 nəfərin öldürdüyü iddia olunan şəxs haqda rəsmi məlumat

img

11-09-2019 [16:49]


"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq, 3 gün ərzində saxlayıb dəfələrlə zorlamış, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək, mobil telefonla video çəkilişini aparıb: "18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetirib. 

Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR