Əməliyyat zamanı həlak olan XDMX əməkdaşlarına şəhid adı veriləcək - Qərar

img

11-09-2019 [10:18]


Nazirlər Kabineti 1994-cü il 15 yanvar tarixli Qərarla təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda dəyişiklik edib.

Mia.az-ın məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR