Azərbaycan millisi Gürcüstana məğlub oldu

img

10-09-2019 [22:51]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

"Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0.

45+2-ci dəqiqədə Vato Arveladze hesabı açıb. Azərbaycan yığmasının heyətində Hacıağa Hacılı 49-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 73-cü dəqiqədə İrakli Bugridze ikinci qolu vurub. 84-cü dəqiqədə isə Giorgi Arabidzefərqi daha da artırıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci qarşılaşmasında isə Slovakiyanı məğlub edib - 2:1


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR