Ağcabədidə mağazanın seyfindən külli miqdarda pul oğurlanıb

10-09-2019 [18:07]
Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Mağazanın sahibi seyfdən 1856 manat məbləğində pulun oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini D.Abışov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR