Qazaxıstan kiçik biznesi vergidən azad etdi, bəs Azərbaycanda? - İqtisadçıdan şərh

10-09-2019 [12:10]
Qazaxstanda mikro-biznes 2020-ci ildən etibarən vergidən azad edilir.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstanın today.kz saytı məlumat yayıb.

Məsələyə şərh verən iqtisadçı Samir İsmayılın sözlərinə görə, mikro-biznes bu ölkədə illik gəliri 76 mln.tenge (təxminən $200 min) və işçilərinin sayı 15 nəfərdən çox olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara deyilir: 

"Mikro-biznesin vergidən azad edilməsi nəticəsində Qazaxstanın dövlət büdcəsi təxminən $500 mln. itirəcək. İtkilərin vergi və gömrük inzibatçılılığının yaxşılaşdırılması hesabına bərpa edilməsi planlaşdırılır". 

İqtisadçı deyir ki, Azərbaycanda mikro-biznes illik gəliri 200 min AZN (təxminən $117 min) və əməkdaşlarının sayı 10 nəfərdən çox olmayan hüquqi şəxslərə və fərdi sahibkarlara deyilir: 

"Bu seqmentə aid olan sahibkarlar rüblük hesabat vermək şərtilə 5 faiz gəlir vergisinə və illik 10 faiz dividend vergisinə cəlb olunurlar.

Ötən il Vergilər Məcəlləsində 300-ə yaxın dəyişiklik edilib. Aldığım məlumata görə, ilin sonunda VM-ə yeni dəyişikliklərin edilməsi təklif olunacaq".

Mia.az


SON XƏBƏRLƏR