Rəsmi Tbilisi Qarabağda keçirilən “seçkiləri” tanımır - XİN-dən bəyanat

img

09-09-2019 [17:25]


Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən "yerli idaetmə orqanlarına” adlandırılan "seçkiləri” və onların nəticələrini tanımır.

Bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilib.

Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bəyanatda Gürcüstan XİN-in münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb/Report.   

Digər xəbərlər
SON XƏBƏRLƏR