"Deyirəm, get, məni qara siyahıdan çıxart, gəl" - Röya

img

03-09-2019 [16:45]


"Xəbərçiliyi sevmirəm. Ətrafımda kiməsə filankəslə danışma, mən onunla küsülüyəm demərəm. Amma özünü elə aparmalıdır ki, mən də onunla rahat olum. Gəlib mənə həmin adam haqqında danışsa, onla dostluğu bitirəcəm. Buradan başqalarına da səslənirəm ki, gəlib mənə deməyin ki, ana belə etdim, elə etdim. Həmin andan yanımda özünüzü itirəcəksiniz".

Bu sözləri Əməkdar artist Röya Ayxan "Sözüm var" proqramında deyib. Müğənni dostluqlardan danışıb.

Röya bildirib ki, kişilərə qadınlarla dostluq etmək çətindir:

"Çünki qadınlar hər şeyi daha yaxşı dərk edir. Qadın-kişi dostluğunda xanım daha açıqdır, ağırdır. Dostlarımın çoxu kişilərdir. Çox qadın belə dostluğu apara bilmir. İki cür qadınlar var: incədir, xanım kimidir. Məsələn, Sevda Yahyayeva. Mən isə fərqliyəm. Hərdən özümə deyirəm ki, qadın kimi otur".

Röya danışmadığı dostlarına ilk addımı atdığını deyib:

"Heç vaxt kimləsə dava etməmişəm. Özlərinin səhvi olub. Birdən yaxınlaşırlar ki, məni İnstaqramda izləyə bilərsən? Deyirəm, get, məni qara siyahıdan çıxart, gəl. Heç kimlə problemim yoxdur. Kiməsə ilk addım atmaq o deyil ki, barışdım. Adamlar var ki, onlarla yolun getmir".

Sevgidən danışan sənətçi etiraflar da edib:

"Sevməyi xoşlayıram. Bu aralar da sevmək istəyirəm. Amma bilmirəm necə edim. Sevgini yaradıb "Kimin belə sevgilisi var" oxumuşam. Başa düşmürəm, ya var, ya yoxdur. Bir ay olur, üç ay yox. Yola gedə bilmirik. Barışan kimi mahnı oxuyuram.

Sevgilim mənimlə dost ola bilmir. Dostlarımı qısqanırlar, aləm bir-birinə dəyir. Azərbaycanda sevgilisi ilə dost olanlar azdır. Amma dostluq edəndə, sevgi bitir".

Röya yaxın dostu olan həkim Cahid Şahbazov və oğlu Hüseynin münasibətlərini bölüşüb:

"Oğlum mənə dedi ki, sən onun, o da, sənin xoşuna gəlir. Onun uşaqlarını çox istəyirəm, evlənə bilərsiz. Oğlum mənə razılıq verib. Adətən, məni qısqanır.

Bir gün telefonla danışır. Dostuna deyir ki, yazıq atam neyləsin? Bir dəfə evləndi, uşağı ona göstərmirlər. İkinci dəfə evləndi, anam məni ona saatla göstərir. Ona görə üçüncü dəfə evləndi ki, uşaq ona qalsın. Deyirəm, səni atana saatla verirəm? Necə satqın uşaqsan. Atasının tərəfini saxlamaq üçün elə deyir. Biz ayrılanda, oğlum 1 il bilmədi. Deyirdi, atam bağda qalır, niyə getmirsən?". 

/Axşam.az

Digər xəbərlər
SON XƏBƏRLƏR