İcra başçısının qardaşı ilə bağlı daha bir qalmaqal: kim düz deyir? + FOTOLAR

img

26-08-2019 [16:28]


Xırdalan şəhəri Nizami küçəsindəki dayanacağın hasarlanması barədə məlumat  yayılıb.

Sakinlər "Yeni Sabah”a bildirmişdi ki,  dayanacağın yerində bina tikilməsi planlaşdırlır. Bu məsələdə Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin adı hallandırılır.

Lent.az məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Memarlıq şöbəsindən bildirilib ki, məlumatı araşdırıb xəbər edəcəklər. Günün ikinci hissəsində isə cavab verilib ki, dayanacaqda yeni binanın tikilməsi haqqında verilən məlumat əsassızdır. Həmin ərazidə tikinti getməsinə dair fotofakt olduğu qeyd edilsə də, cavab dəyişməyib.

"Yeni Sabah” xatırladır ki, Rövşən Quliyev bir müddət əvvəl də "qaraj qalmaqalı” ilə gündəmə gəlmişdi. Həmin vaxt mediada gedən məlumatlarda deyilirdi ki, Xırdalan şəhərində yerində park, yaşıllıq salınacağı vədi ilə sökülən qarajların yerində fərdi yaşayış evləri tikilib. Qeyd olunurdu ki, 27 və 28-ci məhəllələrdə yerləşən qarajlar sökülərkən sahiblərinə heç bir kompensasiya ödənilməyib. Qaraj sahibləri həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşiblər və şikayətlərini dayandırıblar.

Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa, fərdi evlər və obyektlər tikməyə başlayıblar.

Bu işlərə Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib. Tikinti işləri aparılarkən xeyli sayda ağac məhv olunub.

İcra başçısının qardaşı ilə bağlı daha bir qalmaqal -
İcra başçısının qardaşı ilə bağlı daha bir qalmaqal -

Digər xəbərlər
SON XƏBƏRLƏR