İcra başçıları və nazirlər məktəblərə dərs deməyə göndərilir - Prezident tapşırıq verdi

img

25-08-2019 [23:22]


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətə, bütün yüksək vəzifəli məmurların- icra başçılarının və nazirlərin həftədə 3 dəfə orta məktəblərdə mühazirələrlə çıxış etmələri ilə bağlı qaydalar hazırlaması barədə tapşırıq verib. 

Məqsəd cəmiyyətdə orta məktəbin nüfuzunu artırmaqdır…

Məktəb təhsili ilə bağlı keçirilən yığıncaqda bu mövzunu şərh edən Prezident bildirib ki, "məktəb bizim gələcəyimiz məsələsidir. Bu, bütün cəmiyyətin işi və vəzifəsi olmalıdır”.

"Təbii sual yaranır. Rayon və şəhər rəhbərləri ayda neçə dəfə məktəblərə gedib uşaqlarla görüşürlər? Yaxud ölkədə aparılan islahatlar barədə uşaqlara neçə dəfə danışıblar? Təəssüf ki, bu zalda oturan və digər vəzifəli şəxslər bu barədə heç düşünməyiblər də. Bəziləri tədris ilinin əvvəlində keçirilən hansısa tədbirlərlə kifayətlənirlər”,-deyə kun.uz Prezidentin sözlərini sitat gətirib.

Dövlət başçısı rayon-şəhər rəhbərləri və nazirlərlə yanaşı, uğurlu sahibkarların və maliyyəçilərin də məktəblərdə dərslər keçmələrinin lazım olduğunu söyləyib.

Amma bu qaydanın nə vaxtdan tətbiq olunacağı barədə məlumat verilməyib.

Müşavirədə həmçinin qeyd edilib ki, "keçid dövrünün mürəkkəb illərində müəllim peşəsinin şöhrəti və nüfuzu azalıb”. Prezident Mirziyoyev mövcud vəziyyət üçün hakimiyyətin məsuliyyət daşıdığını etiraf edib və bildirib ki, "müəllimləri pambıq yığmağa və küçələri təmizləməyə cəlb edərək, biz onların reputasiyasını korladıq, məktəb təhsilinin bir çox inkişaf proqramları lazımi səviyyədə yerinə yetirilmədi”.

Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq