Rəsulzadə gəmisi dənizə açıldı: "Heç vaxt batmayacaq" - Mənsimovdan mesaj + VİDEO

img

25-08-2019 [16:07]


""Mammad Amin Resulzadeh” gəmisinin qəzasından sevinənlərə pis xəbərim var”.

Mia.az xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov deyib. 

O, bildirib ki, gəminin təmiri yekunlaşıb və ilk səfərinə yola düşür.

"Arzularınız içinizdə qaldı. Dahi Liderimiz Məmməd Əmin Rəsulzadənin dediyi kimi, "Bir kərə yüksələn bayraq, bir daha enməz”. Biz də bu cümləni bir qədər dəyişərək deyirik: "MAMMAD AMİN RESULZADEH” gəmisi dənizlərə çıxdı və heç bir vaxt batmayacaq.

Əksinə, sizin arzularınız batacaq dəryalarda. Gəmimizin ilk səfəri Rusiyanın Rostov limanına doğrudur.

Gəmimizin qəzaya uğramasına gəlincə, burada qarşı tərəfin günahı tam şəkildə 100% sübut olundu. Həmin gəminin kapitanının dindirilməsi davam edir. "MAMMAD AMİN RESULZADEH” gəmisinin bütün təmir işlərini qarşı tərəf ödədi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı