Davudoğlu "Köhnə dəftərlər açılsa, adam içinə çıxa bilməzsiniz" mesajı verdi - Ortalıq qarışdı

img

25-08-2019 [15:12]


Sabiq Baş nazir Əhməd Davudoğlunun "Terrorla mübarizə dəftərləri açılarsa, bir çox insan adam üzünə çıxa bilməz. Bizi bu gün ittiham edənlər insan üzünə çıxa bilməzlər. Bunu açıq deyirəm. Nədənmi?  Gedin yaddaşınızı təzələyin. Bir gün Türkiyə tarixi yazıldığı zaman ən kritik dönəmlərdən, aylardan biri 7 iyun - 1 noyabr arasındaki dönəm olaraq yazılacaq", -  sözləri Türkiyədə geniş müzakirəyə səbəb olub.

Mia.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin 3 böyük şəhərdə HDP-li bələdiyyə sədrlərinin vəzifədən almasını demokratiyaya zidd olması yönündə açıqlama verməsindən sonra Davudoğluna qarşı artan təpkilər böyüyüb. Bundan sonra Davudoğlu Sakariyada onu tənqid edənlərə yuxarıdakı təhdidvari mesajı verib. Ancaq o, bu təhdidində kimləri nəzərdə tutduğunu açıqlamayıb.

Davudoğlunun bu sözlərini "BBC Türkçe"'yə şərh edən yaxın ətrafı isə bildirib ki, o, əslində, 2015-ci ildə (Həmin ildə AKP ilk dəfə parlament seçkilərində təkbaşına hökumət qurmaq üçün lazımı deputat sayını əldə edə bilməmişdi) hökümət qurma çağırışlarını geri çevirən MHP, AKP-də o zaman Davudoğlunu baş nazirlikdən uzaqlaşdırmaq üçün imza toplayan Binəli Yıldırım və PKK-ya qarşı qəti mövqe qoymayan HDP-ni nəzərdə tutduğunu deyib.

Həmin şəxs deyib ki, həmin vaxtı Davudoğlu indi onu az qala xəyanətdə ittiham edən MHP lideri Baxçalıya birgə hökumət qurma təklifi edib: "Bunun üçün MHP-yə uzunmüddətli koalisyon,  qısa müddətli koalisyon, MHP dəstəkli azınlıq hökümət və "seçim höküməti" olmaqla 4 təklif verildi. Lakin Baxçalı PKK-ya qarşı ən ciddi mübarizənin başladığı həmin vaxt bu təklifləri dinləmədən əlinin gerisi ilə itələdi. Yadınızdadırsa, həmin vaxt Türkeşin oğlu buna görə MHP-dən ayrılıb, AKP-yə keçdi".

Yıldırıma gəldikdə isə, PKK-nin çoxsaylı təhlükəsizlik qüvvələrini və mülki şəxsləri hədəf aldığı bir dönəmdə Binəli Yıldırım Davudoğluna qarşı hökumət içində  imza toplayıb: "O, Davudoğlunu Baş nazir vəzifəsindən endirmək üçün iqtidarda parçalanma yaradan əmələ əl atdı. Davudoğluna qarşı İmza toplayırdı. Niyə? Çünki Davudoğlunun hökumətdə görmək istədiyi şəxslərin siyahısındakı bəzi adlar Ərdoğan tərəfindən qəbul edilmirdi. AKP-nin 12 sentyabr 2015-ci ildəki 5-ci qurultayında Ərdoğanla Davudoğlu arasında siyahı məsələsində fikir ayrılığı yaranmışdı. Yada salım ki, Davudoğlu iqtidarın parçalanmaması üçün axırda geri çəkildi. Və bundan sonra Yıldırım öz namizədliyi üçün başlatdığı imza kampaniyasını dayandırdı.

Əlbəttə, belə qarmaqarışıq vəziyyətdə isə HDP fürsəti əldən vermədi. Davudoğlunun zəifləməsi üçün nə mümkünsə, etdilər. PKK terrorçularını həvəsləndirmək üçün onlara hər cür dəstək verdilər...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR