“Azneft” İB-nin Baş direktoru: "Ətraf mühitin qorunması və işçilərin təhlükəsizliyinin təmin edilməsi əsasdır"

img

24-08-2019 [14:34]


"Azneft” İstehsalat Birliyində (İB) 2019-cu ilin ötən dövrünü əhatə edən və qarşıda duran vəzifələrə həsr edilmiş istehsalat müşavirəsi keçirilib. "Report”un Birliyə istinadən verdiyi xəbərə görə, "Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərovun və Birliyin digər rəhbər nümayəndələrinin iştirakı ilə baş tutan toplantıda görülən işlərdən bəhs olunub.

Baş direktor qeyd edib ki, son 5 ildə neft və qazçıxarma idarələrində böyük işlər görülüb, platforma və estakadalar əsaslı şəkildə yenidən qurulub və yeniləri tikilib.

D.İskəndərov rəhbər şəxslər qarşısında mühüm tapşırıqlar qoyub. Bildirib ki, istismara verilən obyektlərdə texniki xidmətin keyfiyyəti daha da artırılmalıdır: "Ətraf mühitin qorunması və işçilərin təhlükəsizliyinin təmin edilməsi qarşımızda duran əsas məsələdir. İşlər planlı surətdə, ardıcıl şəkildə, daxili imkanlardan səmərəli istifadə edilməklə görülməlidir”.

Daha sonra müşavirədə cari ilin yanvar-iyul aylarını əhatə edən əməyin mühafizəsi hesabatı təqdim edilib. Qeyd edilib ki, istehsalatda təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq və onu təmin etmək üçün bütün imkanlar səfərbər edilməlidir.

Toplantıda yataqların işlənmə strategiyası ilə bağlı mühüm məqamlar səsləndirilib. Suvurma sistemlərinin təkminləşdirilməsi, bəzi meydançaların təmiri, yeni platformaların tikintisi və yüksək maillikli quyuların qazılması, yeni üsulların tətbiqi kimi təkliflər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq