Çin dünya çempionatı üçün 9 futbolçunu milliləşdirmək istəyir

img

23-08-2019 [14:31]


Çin Futbol Assosiasiyası 2022-ci il dünya çempionatının seçmə mərhələsi ərəfəsində 9 futbolçunu milliləşdirmək istəyir.

"Report” xəbər verir ki, bu barədə qurumun prezidenti Çen Xuyuan "Sinxua” agentliyinə bildirib. Onun sözlərinə görə, bu addım kiçik qısa müddətli hədəflərə çatmaları kömək edə bilər: "Biz Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək istəyirik. Bunun üçün əcnəbi oyunçuları milliləşdirə bilərik. Amma bu, bizim uzun müddətli siyasətimiz olmayacaq”.

Qeyd edək ki, hazırda Çinin əhalisi 1,4 milyard nəfərdir. Bu ölkənin futbol yığmasına məşhur italiyalı məşqçi Marçello Lippi rəhbərlik edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı