İcra başçısı PA rəsmisi ilə birlikdə camaatla görüşüb, problemləri öyrəniblər - FOTOLAR

img

23-08-2019 [14:15]


Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləyib.

İH-dən Mia.az-a verilən məlumata görə, qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev də iştirak edib.

Ak.MirQasımov, A.Əliyev, S.Rəhman H.Seyidzadə, Ə.Qasımzadə, küçəsi ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda müraciətlər ediblər.

Sakinlərdən  Səlimov Namiq, Abdullayev İsmayıl, Dünyamalıyev Hüseyn, Allahverdiyev Zakir, Məhərrəmov Ədalət, İmanov Əsədulla, Dilənova Yamən, Hacıyeva Nuridə, Quliyeva Zümrüd və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, liftlərin təmiri, məişət tullantıları  yerinin dəyişdirilməsi, asfalt örtüyünün təmiri, su xətlərinin çəkilişi, yaşıllıqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, avtomobillərin həyətdə hərəkəti barədə müraciətlər etmiş, təkliflər irəli sürüblər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlarının həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, "Bizim həyət” layihələri çərçivəsində görülən işlərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım  Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır. 
























Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı