Binədə mübahisə etdiyi şəxsi bıçaqlayan şəxs həbs edildi

img

23-08-2019 [13:38]


Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, avqustun 21-də DİN-in "102 - Zəng Mərkəzi”nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

Dərhal Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib və yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı