Ağsuda dağlıq ərazidə yanğın: əraziyə 2 helikopter cəlb edilib

22-08-2019 [23:46]
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

FHN-dən Mia.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR