Göygöldə meşə zolağında yanğın olub - FOTO

21-08-2019 [20:47]
Göygöl rayon ərazisində meşəlik ərazidə yanğın baş verib.

Hadisə yerinə Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin 2, Gəncə şəhər Hacıkənd qəsəbəsindən isə 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. 

Hazırda, təxminən, 2 hektar ərazini əhatə edən yanğının qarşısının alınması üçün işlər görülür.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR