Bakıda ana azyaşlı oğlunu niyə zəncirləyib? - Şok detallar + FOTO

21-08-2019 [16:05]
Bakıda ana azyaşlı oğlunu zəncirləyib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Mia.az-a bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub.

Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Yevlax şəhərində anadan olan, 1988-ci il təvəllüdlü Ömər Həsənlinin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə (səhər saat 8:00-dan axşam saat 00.00-dək) nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç hara getməməsi ayaqlarını zəncirlə bağlayıblar. Ş.İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib.

Araşdırma zamanı Nəsimi RPİ İctimai təhlükəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub.

Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub. 



SON XƏBƏRLƏR