"Beşiktaş" Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv edib

img

21-08-2019 [13:22]


Türkiyənin "Beşiktaş" klubu Ermənistan millisinin futbolçusu Aras Özbilizlə yollarını ayırıb. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, "Beşiktaş" Özbilizi 2016-cı ildə Rusiya "Spartak"ından 1,3 milyon avroya transfer edib. Klub futbolçunu 3 il ərzində İspaniya "Rayo Valyekano"suna, Moldova "Şerif"inə və Hollandiyanın "Villem II" kollektivinə icarəyə verib. Özbiliz "ağ-qaralar"ın heyətində 6 matçda meydana çıxa bilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR