Bakıda bu ərazilərdə məktəblilər üçün yarmarkalar açıldı - SİYAHI

20-08-2019 [15:55]

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti  tərəfindən təşkil edilib.

Yarmarka çadırları Bakı metropolitenin "Nərimanov”, "Gənclik”, "Koroğlu”, "Qara Qarayev”, "Neftçilər”, "Xalqlar Dostluğu”, "Əhmədli”, "Azadlıq prospekti”, "Memar Əcəmi”, "İnşaatçılar”, "Elmlər Akademiyası”, "Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb. Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur.

Məlumatda həmçinin bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.

Qeyd edək ki, yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.



SON XƏBƏRLƏR