Sumqayıt səhiyyəsi niyə başsız qalıb?

20-08-2019 [12:47]
2017-ci  ilin fevral ayından etibarən Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyinat alan Nəriman Sadıq oğlu Baxşəliyev  keçən ilin noyabrında tutduğu vəzifədən azad edilib. 

Mia.az xəbər verir ki, o vaxtdan Sumayıtda şəhər Səhiyyə Şöbəsinə müdir vəzifəsinə təyinat olmayıb.

Məlumata görə, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdir əvəzi  vəzifəsini Səkinə Sadıxova icra edir. 

Bildirilir ki, Səhiyyəyə müdiri təyin edilməməsinin səbəbi şəhərin icra başçısı Zakir Fərəcəovla nazir Oqtay Şirəliyevin "ortaq məxrəc"ə gələ bilməmələridir.

Xatırladaq ki, Zakir Fərəcov  2015 –ci ildə icra başçısı təyin olunan zaman elə günlərdə Sumqayıt səhiyyəsi qarşısında nitq söyləyərək şəhər səhiyyəsini topa tutmuşdu.

İddialara görə, o vaxtdan onunla nazirin münasibətləri pisləşib. Bu isə şəhəır səhiyyəsinin başsız qalmasına səbəb olub.

Mia.az


SON XƏBƏRLƏR