Qobu sakinləri dalaşdı, biri tapança çıxardı və...

20-08-2019 [12:30]

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları münaqişə zəminində tapançadan havaya atəş açmış E.Əbdülkərmovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.

Qəsəbə sakinləri E.Əbdülkərmov ilə N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.

Polis tərəfindən saxlanılan E.Əbdülkərmovdan 1 ədəd "Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.



SON XƏBƏRLƏR