Sabiq prezidentin həbs müddəti uzadıldı - DTX binasında məhkəmə quruldu

20-08-2019 [10:51]
Məhkəmə Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə saxlanılmasına qərar verib.

TASS xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.

Məhkəmə iclası sabiq prezidentin avqustun 8-dən bəri qaldığı istintaq təcridxanasının olduğu Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasında keçirilib.

Daha əvvəl A.Atambayevin avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edilsə də, sonra onun saxlanılmasının qanuniliyi məsələsinə baxılması təxirə salınmışdı.

Report


SON XƏBƏRLƏR