19-08-2019 [22:24]
Rusiya prezidenti Vladimir Putin ölkəsində keçirilən etiraz aksiyasalarına münasibət bildirib.
Putin fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında Rusiyadakı etiraz aksiyalarını şərh edib.
Onun sözlərinə görə, vəziyyəti qarşıdurmaya gətirib çıxarmağa heç kəsin haqqı yoxdur, günahkarlar isə cəzalarını almalıdırlar: "Moskvadakı etirazlar seçki dövrü ilə bağlıdır. Belə ki, sentyabrda hakimiyyətin regional orqanlarına seçkilər keçiriləcək. Vətəndaşların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq öz sakit etiraz etməyə haqları var. Hakimiyyət buna mane olmamalıdır. Lakin heç kəsin, nə hakimiyyətin, nə də bir qrup vətəndaşın qüvvədə olan qanunları pozmağa, vəziyyəti absurd səviyyəyə, ya da hakimiyyətlə qarşıdurmaya gətirib çıxarmağa haqqı yoxdur. Bu qanun pozuntusudur və bunu edənlər Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar".
Putin iyul və avqust ayındakı aksiyaların hakimiyyətlə razılaşdırıldığını və sülh şəraitində, heç bir qanun pozuntusu olmadan keçdiyini də xatırladıb: "İstərdim ki, bizdə bundan sonra da hər şey belə keçsin, digər ölkələrdə də eksessiz və qanunvericilik pozulmadan baş tutsun".
Rusiya prezidenti Fransada keçirilən "sarı jiletlər”in məlum etiraz aksiyalarına da toxunub: "Bildiyimiz kimi, təkcə Rusiyada belə hadisələr baş vermir. Mən qonağam, bu barədə danışmaq mənə rahat deyil, lakin məcburam, çünki belə suallar verirsiniz. Hamımız "sarı jiletlər” adlandırılan aksiyalarla bağlı hadisələri bilirik, hansı ki, bu hadisələrdə bizdə olan hesablamalara görə, 11 nəfər həlak olub, 2500 nəfər isə yaralanıb, o cümlədən 2 min polis işçisi yaralanıb. İstəmirəm ki, belə hadisələr Moskvada baş versin".
Putin Rusiyada siyasi vəziyyətin qanun çərçivəsində inkişafı üçün hər şeyi edəcəyinə söz verib/APA.
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub