"Səbail" - "Zirə" oyunundan sonra insident baş verib

18-08-2019 [22:56]
Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunda "Səbail"in evdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra insident baş verib.

"Report"un məlumatına görə, polislər mix-zonaya daxil olan daun sindromlu azarkeşdən ərazini tərk etməyi xahiş ediblər. Lakin həmin şəxs çıxışa yaxınlaşarkən qapının şüşəsinə yumruqla vuraraq qırıb. Özünün isə əli xəsarət alıb.

Həmin şəxs daha sonra arenanı tərk edib.


SON XƏBƏRLƏR