Neftçalada 24 yaşlı gənc intihar edib

18-08-2019 [11:36]
Neftçalada 24 yaşlı gənc intihar edib.

Hadisə axşam saatlarında Bala Surra kəndində baş verib. İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu toy mərasimindən evə qayıtdıqdan sonra həyətdəki yenicə tikilən hamamda özünü asaraq canına qəsd edib. Onun meyiti səhər saatlarında aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. S.Ələkbərovun intihar etməsinin səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR