Deputatla partiya sədri arasında "namus söhbəti" qızışır: "Adam etiraf edir ki, PKK-çı ilə görüşüb..."

17-08-2019 [22:24]
"Budur bax, bütün böhtançılar beləcə özlərini ifşa edirlər. Neçə müddətdir böhtanlarını sağa-sola dağıdırlar və deyirlər ki, ittihamlarımı sübut edərəm. Qarşılarına şərt qoyanda ki, sübut etməsən namussuzsan, o zaman mövzudan yayınmağa çalışırlar".

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa ADP sədri Sərdar Cəlaloğlunun ittihamlarına (S.Cəlaloğlunun açıqlamalarını bu linkdən http://mia.az/w948457/.../ oxuya bilərsiniz - Mia.az) cavab olaraq, deyib.

Deputat bildirib ki, o, Sərdar Cəlaloğluna haqda fikirlərini belə davam etdirib: "Mən adama deyirəm ki, PKK-çı ilə görüşmüsən, adam özü də etiraf edir ki, bəli görüşmüşəm. Ardınca deyirəm ki, ondan vaxtilə təlimat aldığını ehtimal edirəm. Yəni "sübut edərəm" demirəm, "ehtimal edirəm" deyirəm. Sənsə mənə "sübut edərəm" deyirsən.

Mənim "ehtimalım" subyektiv mülahizədir, sənin "sübut etmən" hüquqi iddiadır. Bu fərqi anlamayacaq bir cahilin mənimlə mübahisədə nə işi var? 

Yenə də deyirəm, mənə bu vaxta qədər "FETO"çu deyənlər, o cümlədən Sərdar Cəlaloğlu da sübut etməsələr, namussuzdurlar. Olmayan bir şeyi necə sübut edəcəklər? 

Ardınca hələ mənə yol da göstərir. Deyir ki, özü MTN-ə müraciət etsin, bu da gedib orada əleyhimə ifadə versin. Yenə də hüquqi savadsızlıq ortaya qoyur. Təqsirsizlik prizumsiyası deyilən termindən xəbəri yox. İttiham olunan şəxs özü təqsirsizliyini sübuta yetirməliymiş sanki. 

Buyur MTN-ə, Türkiyə MİT-nə, Rusiya FSB-nə müraciət elə, əksinə mən gedim ortaya qoyum ki, bu böhtanlar hansı ölkənin mətbəxində hazırlanıb tirajlanır və Sərdar Cəlaloğluna da məhz bu ifadəni işlətməyi niyə həvalə ediblər. Elmdə nisbilik nəzəriyyəsini biologiyaya qatıb Gülümsərovluq etmək onsuz da bir utancverici davranışdır, üstəlik, böhtançılıqla məşğul olmaq insana heç şərəf gətirməz".

Mia.az


SON XƏBƏRLƏR