Məktəbli formaları neçəyə olacaq? - Qiymətlər

17-08-2019 [14:10]
Bakı Tikiş Evi (BTE) artıq 10 ildir vahid məktəbli formasının istehsalını və satışını həyata keçirir. "BTE” loqosu ilə məktəbli geyimləri dörd modeldə hazırlanır. 

Mia.az xəbər verir ki, bunu BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. 

O bildirib ki, bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib. Belə ki, I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26–dan 54 ölçüyədək 8 manatdır.

Diqqətə çatdırılıb ki, əhalinin rahat alış-verişini təmin etmək üçün Sumqayıt, Mərdəkan, Qaradağ, Buzovna və Sahil qəsəbələrində, habelə metronun müxtəlif stansiyalarının yaxınlığında BTE-nin satış mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə isə BTE-nin 9 filialı var. Satış mərkəzləri həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərindən məktəbli formasını və aksesuarlarını almaq olar.

Etibar Əzimov bildirib ki, BTE-nin "Qaynar xətt”i də fəaliyyət göstərir. Maraqlananlar (012) 597-45-39 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.


SON XƏBƏRLƏR