Gürcüstanla ABŞ hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq - Nazir açıqladı

17-08-2019 [13:42]
Yaxın günlərdə Gürcüstanla ABŞ arasında üçillik hərbi əməkdaşlıq müqaviləsi imzalanacaq.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın hərbi attaşesi Stefani Beqli ilə görüşdən sonra Gürcüstanın müdafiə naziri Levan Ozoria məlumat verib.

"Bir neçə gün sonra üçillik əməkdaşlıq müqaviləsi imzalaya biləcəyik. ABŞ-ın nazirliyimizlə birgə həyata keçirdiyi uğurlu siyasəti sonrakı illərdə polkovnik Stefani Beqli və komandası ilə əsaslı şəkildə davam etdirəcəyik. Bu da, ilk növbədə, bizim müdafiə imkanlarımızı artırır”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Müdafiə Nazirliyində keçirilən görüş çərçivəsində nazir L.İzorianın ABŞ-ın əvvəlki hərbi attaşesi Cefri Hartsmana iki ölkə arasındakı əməkdaşlığın inkişafına və Gürcüstan müdafiə qüvvələrinə verdiyi töhfələrə görə Gürcüstan prezidenti adından "Şərəf" medalını təqdim edib/Report.


SON XƏBƏRLƏR