"Keşlə" "Qarabağ"a məğlub oldu

16-08-2019 [21:19]
Bu gün Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib.

Mia.az xəbər verir ki, açılış oyununda matçında "Keşlə" "Qarabağ"ı qəbul edib.

Mərdəkandakı "Dalğa Arena"da keçirilən oyunun ilk hissəsi qolsuz başa çatıb. 

Fasilədən sonra meydana Ruslan Qurbanovun yerinə daxil olan Emin Mehtiyev 74-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. 

Ardınca isə Ağdam təmsilçisinin start heyətindəki ən gənc futbolçu İsmayıl İbrahimli fərqlənib. 21 yaşlı yarımmüdafiəçi 78-ci dəqiqədə rəqib qapısına yol tapıb - 0:1.

Oyun bu hesabla başa çatıb.


SON XƏBƏRLƏR