Tərtərdə 12 kəndin qaz təchizatı dayandırılıb

16-08-2019 [17:52]
Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, yaranmış vəziyyətə görə axşam saat 15:30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb. 


SON XƏBƏRLƏR