Oğuz sakini bıçaqlanaraq öldürülüb

16-08-2019 [13:51]
Oğuz rayonunda bıçaqlanma olub. 

Hadisə rayonun Bucaq kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, iki nəfər arasında yaranan mübahisə digərinin ölümü ilə nəticələnib. Ürəyindən bıçaq yarası alan kənd sakini yerindəcə dünyasını dəyişib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR