Sabiq icra başçısının qardaşı oğluna bir milyon dollara yaxın pul "atan" həbs edildi

16-08-2019 [10:58]
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.


SON XƏBƏRLƏR