Bakıda inşaat şirkəti cərimələnib

15-08-2019 [17:50]
Maliyyə Bazarlarına Nəzarət Palatası "SMT İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin cərimələnməsi üçün protokol tərtib edib.

"Report"un xəbərinə görə, "SMT İnşaat” barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şirkətin 1096 ABŞ dolları (5480 ABŞ dollarının iyirmi faizi miqdarında) cərimə edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "SMT İnşaat” tikinti fəaliyyəti ilə məşğul olan şirkətdir. 


SON XƏBƏRLƏR