Qubada İcra Hakimiyyətinin keçmiş məmuru intihar edib

15-08-2019 [17:17]
Qubada keçmiş məmur özünü asaraq intihar edib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib. 

Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib. 

C.Abbasov əvvəllər İcra Hakimiyyətində yüksək post tutub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR