AzTV-nin reklam departamentinin direktoru da işdən çıxarıldı - Rövşən Məmmədovdan müəmmalı qərar

15-08-2019 [16:02]
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir. 

Mia.az xəbər verir ki, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin reklam departamentinin direktoru Emin Yasinovu işdən kənarlaşdırıb. 

Xəbərdə digər diqqətçəkən məqam odur ki, Emin Yasinovu bu vəzifəyə elə Rövşən Məmmədovun özü təyin etmişdi. Lakin hələlik dəqiqləşdirə bilmədiyimiz  səbəbdən, o, öz təyinatını geri oxumalı olub.

Məlumat üçün onu da bildirək ki, sədr əvəzi dünən şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu da tutduğu vəzifədən azad edib. 

Onu da qeyd edək ki, Reklam departamentinin işdən çıxarılan direktoru E.Yasinov N.Kərimovun kürəkənidir.

Mia.az


SON XƏBƏRLƏR