“Artilleriya atəşinin ustaları” müsabiqəsində onlar qalib oldu - VİDEO

15-08-2019 [15:59]
"Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, yarışların nəticələrinə və hakimlərin qərarına əsasən, 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerlərə layiq görülüblər.





SON XƏBƏRLƏR