İcra başçısından MM üzvünə jest - YAP-çı deputatın daha bir obyekti üzə çıxdı + SƏNƏD

img

11-08-2019 [14:27]


Milli Məclisin (MM) üzvü Azər Badamov biznes fəaliyyətində digər həmkarlarından geri qalmayıb.

Mia.az xəbər verir ki, adıçəkilən deputatın sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən daha bir faktı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında açıqlayıb.

O, rəsmi sənəd yayaraq, bildirib ki, deputat Azər Badamov Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib: "Bu obyekt bu ilin yanvarında istismara təhvil verilib".

Jurnalist xatırladır ki, Konstitusiya ilə Milli Məclis deputatlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilib: "Ancaq kimdir Konstitusiyanı oxuyan və sayan?".

Xatırladaq ki, A.Badamov cəmiyyətdə deputatdan daha çox, biznesmen kimi tanınır. Onun biznes fəlaiyyəti ilə bağlı mətbuatda indiyədək xeyli təkzib edilməyən xəbərlər yayılıb.

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR