Bakı İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət etdi - Güclü küləklə bağlı

img

11-08-2019 [10:58]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinə və şəhərin qonaqlarına müraciət edib.

BŞİH-dən Mia.az-a verilən məlumata görə, avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir: "Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq. Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR