"Azərqaz"da dəyişikliklər - Yeni təyinatlar

img

09-08-2019 [16:54]


"Azəriqaz” İstehsalat Birliyində yeni kadr dəıyişiklikləri olub.

Mia.az "Azəriqaz”a istinadən xəbər verir ki, Birlik sədrinin əmri ilə Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi təyin olunub.

Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR