“Azəriqaz”in xidmət sahələri bayram günlərində işləyəcək

img

09-08-2019 [12:21]


Qurban bayramı günlərində "Azəriqaz” İstehsalat Birliyinin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.

"Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, birliyin inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Bakının Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR