Nazir müavinin xidməti maşını əlindən alındı - Mədət Quliyevdən şok addım

img

08-08-2019 [17:12]


Müdafiə Sənayesi nazirinin müavini Yahya Musayevin xidməti avtomobil əlindən alınıb.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, nazir müavinin 10-AA-459 dövlət qeydiyyat nişanlı "BMW" markalı xidməti avtomobili ondan alınaraq, Müdafiə Sənayesi Nazirliyinin qarajına təhvil verilib.

Qeyd edək ki, Mədət Quliyev nazir təyin edilənə qədər Yahya Musayev nazir vəzifəsini icra edib. Son məlumata görə, o, artıq nazirliyin iclaslarına da dəvət olunmur.

Onu da qeyd edək ki, bir müddət əvvəl Y.Musayevin övladını dövlət nömrə nişanı 123-lərlə bitən çoxsaylı bahalı maşınlarının fotoları mediada yayılmışdı. Həmin vaxt nazir müavini bu maşınların hansı pullarla alınmasına belə aydınlıq gətirməkdən yayınmışdı.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR